• 24 Sentyabr 2026
logo
Qarabağda 3 KSES yenidən qurulur

Qarabağda 3 KSES yenidən qurulur

Azərenerji ASC Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yerləşən "Qozlu Körpü", "Şeylanlı" və "Aşağı Malıbəyli" kiçik su elektrik stansiyalarını (KSES) yenidən quracaq.

Baymedia.az xəbər verir ki, bu barədə “Azərenerji” məlumat yayıb.

Bundan başqa, 6 KSES-in enerji sisteminə inteqrasiyası işləri də aparılacaq.