Amerika və Avropa birjalarında əsas indekslərdə azalma müşahidə edilib.
"APA-Economics"in məlumatına görə, oktyabrın 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,22% – 42,141.54 bəndədək, S&P 500 indeksi 0,33% – 5,813.67 bəndədək, Nasdaq indeksi isə 0,56% – 18,607.93 bəndədək enib.
Avropa fond bazarlarında isə oktyabrın 30-da FTSE 100 indeksi 0,73% – 8,159.63 bəndədək , Almaniyanın DAX indeksi 1,13% – 19,257.34 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,10% –7,428.36 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06% azalaraq 1.0849 dollar təşkil edib.