• 21 Noyabr 2024
logo
ABŞ-nin kənd təsərrüfatı naziri: Azərbaycanla yaxşı tərəfdaş ola bilərik

ABŞ-nin kənd təsərrüfatı naziri: Azərbaycanla yaxşı tərəfdaş ola bilərik

"Sabah burada Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüşmək imkanımız var. Hesab edirəm ki, bu fürsət həm də Azərbaycanın Şərq-Qərb ticarətində oynadığı mühüm roldan istifadə etməsi üçün əla fürsətdir. Azərbaycanla yaxşı tərəfdaş ola bilərik".

Bunu ABŞ-nin kənd təsərrüfatı naziri Tomas Vilsack COP29 çərçivəsində mətbuat konfransı zamanı APA-nın sualını cavablandırarkən deyib:

“Burada ölkənin şərq-qərb ticarətində oynadığı mühüm roldan istifadə etmək üçün bizim əla fürsətimiz var. Çox böyük imkanlar və bazarlar var. Düşünürəm ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən çox mühüm rol oynaya bilər.”

“Bu mənim vacib hesab etdiyim sahədir. Burada kənd təsərrüfatı iqtisadiyyatı nisbətən kiçikdir. Azərbaycan enerji istehsal edən ölkədir və buna görə də onun əsas diqqəti enerji istehsalına yönəlib, lakin məncə, biz həm də yaxşı tərəfdaş ola bilərik, çünki bərpa olunan enerjini əhatə etməklə burada davamlı səy göstərmək imkanımız var”, - deyə o əlavə edib.