• 21 Noyabr 2024
logo
Azərbaycanın gələn il üçün dövlət büdcəsində iqlimlə bağlı xərclər əksini tapıb

Azərbaycanın gələn il üçün dövlət büdcəsində iqlimlə bağlı xərclər əksini tapıb

“Ölkəmizin paytaxtında dünyanın ən mötəbər tədbirlərindən biri keçirilir, iqlim məsələləri, onun bizim gündəlik həyatımıza təsirləri müzakirə edilir".

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dünya miqyasında Azərbaycan bu məsələlərdə öz baxışlarını nümayiş etdirməkdədir: "Bizdə büdcədə bununla bağlı işlərə başlamışıq. İqlimlə bağlı xərclər artıq növbəti ilin büdcəsində əksini tapıb".

Nazir beynəlxalq münasibətlərlə bağlı qaldırılan məsələlərə toxunub: "Səfirliklərin saxlanması, əməkhaqlarının ödənişi zamanı BMT-də ödənilən əməkhaqqıları nəzərə alınır. Hesab edirəm ki, bu sahədə kifayət qədər uğurlu addımlar atılıb".