• 17 Noyabr 2025
logo
Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyi yaradılacaq

Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyi yaradılacaq

Azərbaycan Turizm Bürosu 2026-cı ildən etibarən Çin Xalq Respublikasında daimi nümayəndəlik açmağı planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Bakıda keçirilən “China Visitors Summit” tədbirində səsləndirilib.

Yeni nümayəndəlik Azərbaycanın Çin bazarında turizm təbliğatını gücləndirməyi, ölkənin turizm imkanlarını daha geniş auditoriyaya çatdırmağı və iki ölkə arasında turist axınının artımını dəstəkləməyi hədəfləyir.

Qeyd edilib ki, bu addım Azərbaycanla Çin arasında artan turizm əməkdaşlığının növbəti mərhələsi kimi qiymətləndirilir. Hazırda Çin Azərbaycanın ən sürətlə inkişaf edən turist bazarlarından biridir və 2025-ci ilin yanvar–oktyabr aylarında Çindən gələn turistlərin sayı 49% artaraq 57 min nəfərə çatıb.
Turizm Bürosunun Çində daimi ofisinin yaradılması iki ölkə arasında həm iqtisadi, həm də mədəni əlaqələrin möhkəmlənməsinə əlavə töhfə verəcək.