• 22 Noyabr 2026
logo
SOCAR-ın yanacaqdoldurma məntəqələrində QR-kodla ödəniş xidməti tətbiq olunacaq

SOCAR-ın yanacaqdoldurma məntəqələrində QR-kodla ödəniş xidməti tətbiq olunacaq

Gələn həftədən etibarən Bakıda fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqələrində "E-Pul" tətbiqi vasitəsilə QR-kodla ödəniş xidməti ("QRPay") tətbiq olunacaq. Bunu "APA-Economics"ə "PAYSİS" şirkətinin baş direktoru Samir Nəsibov deyib. Onun sözlərinə görə, bu xidmət artıq "Lukoil" yanacaqdoldurma məntəqələrində tətbiq olunub, xidmətin əhatə dairəsini genişləndirmək məqsədilə "Azpetrol"la danışıqlar aparılır: "Xidmət yeni olduğundan hazırda "Lukoil" şəbəkəsi üzrə QR ödənişlərin ümumi dövriyyədəki payı 0,3% təşkil edir. İstifadəçi təcrübəsinin olmadığını nəzərə alsaq, demək olar ki, bu, müsbət haldır".