• 25 Sentyabr 2026
logo
Səlcuq Bayraqdar Sumqayıt Kimya Sənaye Parkında

Səlcuq Bayraqdar Sumqayıt Kimya Sənaye Parkında

Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Sumqayıt Kimya Sənaye Parkında olub.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Baymedia.az-a bildirilib ki, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Daha sonra Səlcuq Bayraqdar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti STP MMC-nin fəaliyyəti ilə tanış olub.