• 25 Sentyabr 2026
logo
On bir sığorta agentinin lisenziyası ləğv edilib

On bir sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub və bununla bağlı qərar aprelin 4-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib.