• 25 Sentyabr 2026
logo
Laçın şəhərində inşa olunacaq fərdi evlərin sayı açıqlanıb – Yeni rəqəmlər

Laçın şəhərində inşa olunacaq fərdi evlərin sayı açıqlanıb – Yeni rəqəmlər

Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq.
Baymedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı bildirib: “Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”.
Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.