Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektoru üçün hazırladığı yeni strategiya bu ilin ortalarınadək təsdiqlənəcək.
Baymedia.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında deyib.
Sədr bildirib ki, beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanan strategiya bank və qeyri-bank təşkilatlarının inkişafı üçün yeni model olan transformasiya məsələlərini əhatə edəcək.