“2024-cü ilin büdcəsində səhiyyə xərcləri 1 milyard 875 milyon manat təşkil edir”.
Baymedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Maliyyə naziri Samir Şərifov deyib. O, bildirib ki, bunun 73, 5 faizi dövlət büdcəsinin vəsaiti hesabına əhalinin tibbi sığortasına xərclənəcək: “Səhiyyə ilə bağlı ayrılan vəsait dövlət büdcəsinin 5 faizini təşkil edəcək”.