• 24 Sentyabr 2026
logo
Aviaşirkətlərimiz Ermənistana 90 min avro ödəyib

Aviaşirkətlərimiz Ermənistana 90 min avro ödəyib

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.

Baymedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərinə görə ödədiyi vəsait 90 018,71 avro təşkil edib”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycan Hava Yolları 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Törəmə şirkət olan "Buta Eyrveys" də (Buta Airways) bu marşrut üzrə uçuşlar həyata keçirib.

2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.