• 24 Sentyabr 2026
logo
Şuşada turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək

Şuşada turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək

Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkil ediləcək.

Baymedia.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

2024-cü il ərzində Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkilini təmin etməlidir.