Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 45,389 mln. ABŞ dolları təşkil edib.
ARDNF-dən Baymedia.az-a verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.02.2024 tarixinə) 15,748 mln. ABŞ dolları olub.