Cari ilin ilk 2 ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 5784 şəxs qəbul edilib.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, strukturlar tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 7608 xidmət göstərilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.