• 21 Dekabr 2024
logo
Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyənləşib.

APA-nın Şimal bürosunun məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb. Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.

Bu barədə M. Məlikovun yaxınları məlumat verib. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.