Azərbaycan və Rusiya XİN başçıları koronavirusla mübarizə və Qarabağ məsələsini müzakirə ediblər
Bu ilin aprelin 13-də Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər üzrə ətraflı müzakirələr aparıb.
Nazirlər hər iki ölkənin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi həyata keçiriblər.
Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanılması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda digər ölkələrə münasibətdə beynəlxalq yük daşımalarına təsir göstərməyəcək.
Xarici İşlər nazirləri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi həyata keçiriblər.
Nazirlər, COVID-19 pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
13 Aprel 2020 18:11
2 275
Digər xəbərlər
1 Sentyabr 2026 16:56
490
1 Sentyabr 2026 12:13
658
1 Sentyabr 2026 12:13
658
1 Sentyabr 2026 12:12
504
1 Sentyabr 2026 09:47
840
31 Avqust 2026 15:15
1 239
31 Avqust 2026 11:41
1 456
28 Avqust 2026 16:03
3 969
27 Avqust 2026 19:49
4 116
25 Avqust 2026 13:59
5 635
24 Avqust 2026 16:13
6 713
22 Avqust 2026 10:21
1 995