Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının üzvləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi ilə görüş keçirib. ƏHD Partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev və partiyanın baş katibi Yaşar Kələntərli iştirak edib.
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və digərləri ƏHD Partiyasının seçki prosesində iştirakı, namizədlər, seçki kampaniyası və digər məsələlər barədə maraqlanıb.
ƏHD Partiyasının sədri görüşdə Assambleyanın üzvlərini maraqlandıran məsələlər barədə məlumat verib. Daha sonra görüş diskussiya şəklində davam edib.