Deputat: “Yeni monitorinq və audit alətləri işləyib hazırlamaq lazımdır”
"Hesablama Palatası 2021-2025-ci illər üçün yeni strateji plan qəbul edib və öz işində təkmilləşdirilməli olan sahələri sadalayıb. Audit fəaliyyət sayı həqiqətən çox azdır. Auditin əhatə etdiyi büdcə vəsaitləri də çox azdır".
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, mütləq yeni monitorinq və audit alətləri işləyib hazırlamaq lazımdır: "Bu sahədə beynəlxalq təcrübə bizə kömək etməyəcək. Çünki biz, əsasən, ənənəvi olaraq Qərb təcrübəsinə meyllənirik. Orada büdcə oğurluqları sadə mexanizmlər üzrə olur və demək olar ki, çox azdır. Bizdə isə mənimsəmə çox mürəkkəb, çoxmərtəbəli və dolaşıq sistem üzrə həyata keçirilir ki, onu Qərb alətləri ilə müəyyən edib aşkara çıxarmaq mümkün deyil. Təzə yerli mexanizm və alətlər hazırlanmalıdır".
Yeni və peşəkar kadrların hazırlanması məsələsinə toxunan deputat bildirib ki, hazırda hər bir dövlət qurumunun yanında tədris və təlim mərkəzi yaradılıb: "Bunu Palata yanında da yaratmaq, yerli və xarici mütəxəssisləri də tədrisə cəlb etmək olar. Bəlkə də var, bilmirik. Bizim günahlarımızdan biri də budur ki, Hesablama Palatası ilə yaxından tanış deyilik, hərçənd ki, Palatanı Parlament yaradıb və hesabatı da Parlamentə təqdim edir".
Digər xəbərlər
24 Avqust 2026 16:13
2 331
22 Avqust 2026 10:21
1 246
20 Avqust 2026 10:29
6 580
18 Avqust 2026 14:02
7 315
18 Avqust 2026 12:06
6 664
13 Avqust 2026 19:13
2 310
13 Avqust 2026 19:12
2 310
12 Avqust 2026 09:49
2 709
11 Avqust 2026 13:24
2 450
10 Avqust 2026 09:31
2 737
7 Avqust 2026 11:32
3 304