• 24 Oktyabr 2026
logo
MN: Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil

MN: Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.