• 21 Noyabr 2024
logo
“Fransanın idmançılara hicab qadağası ayrı-seçkilikdir”

“Fransanın idmançılara hicab qadağası ayrı-seçkilikdir”

Birləşmiş Millətlər Təşkilatının (BMT) muxbirləri Fransada idmançılara hicab qadağasının ayrı-seçkilik xarakteri daşıdığını və bu qərarın ləğv edilməli olduğunu bildiriblər.
Xalqcebhesi.az Fransa mediasına istinadən xəbər verir ki, BMT rəsmilərinin verdiyi yazılı açıqlamada Fransa futbol və basketbol federasiyalarının hicablı oyunçuların, o cümlədən həvəskar səviyyəli yarışlara qadağa qoyulması və Fransa hökumətinin hicablı fransalı idmançıların öz ölkələrini Avropa Oyunlarında təmsil etməsinə mane olmaq qərarı olduğu bildirilib.
Açıqlamada, "Bu qərar oyunçuların şəxsi və ictimai yerlərdə kimliklərini, dini və ya inanclarını sərbəst ifadə etmə və mədəni həyatda iştirak hüquqlarını pozur. İdmançılara qarşı hicab qadağaları ayrı-seçkilik xarakteri daşıyır və ləğv edilməlidir. Müsəlman qadınlar və qızlar mədəni və idman həyatında bərabər iştiraka malikdirlər: "Onlar hüquqlara malik olmalı və bir hissəsi olduqları Fransa cəmiyyətinin bütün sahələrində iştirak etməlidirlər".
Bundan əlavə Bəyanatda dövlətin bitərəfliyinin və dünyəvi quruluşunun ifadə azadlığı hüquqlarına, din və ya əqidə azadlığına məhdudiyyətlər qoyulması üçün qanuni səbəb olmadığı qeyd edilib.
Bəyanatda həmçinin vurğulanıb ki, Fransa hicab taxmağı seçən qadın və qızlara qarşı dözümsüzlük və təcrid edilməsinin qarşısını almaq üçün bütün tədbirləri görməlidir.

Günel Elxan