• 25 Oktyabr 2026
logo
Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində daha bir məhbusun edam ediləcəyi bildirilib.
İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, məhkum edam hökmünün icrasına hazırlıq üçün Urmu həbsxanasının təkadamlıq kamerasına salınıb.
Bu gün, avqustun 4-də təkadamlıq kameraya köçürülən məhbus İbrahim Nəsixah narkotik maddələrin qanunsuz satışında ittiham olunaraq edam cəzasına məhkum edilib.
Bundan iki gün öncə Urmu həbsxanasında daha 3 məhkum eyni ittihamla dar ağacından asılaraq edam olunub.
İranda da edam olunanların dəqiq sayı mətbuatda açıqlanmır. Bir sıra edamlar gizli şəkildə həyata keçirilir və bu barədə edam olunan şəxslərin ailələri məlumata verməmələri üçün təhdid olunur.
İnsan haqları təşkilatları rəsmi şəkildə və mətbuatda açıqlanmayan edamlara gizli edam adı veriblər. Beynəlxalq təşkilatlara görə, İran hökuməti gizli edamların sayına görə də dünyada ilk yerdədir.
Gunaz.tv