• 2 Sentyabr 2026
logo
İranda polis zabiti güllələndi

İranda polis zabiti güllələndi

Xuzistan əyalətinin Şadeqan şəhərində polis zabiti Kamran Məsuditəbar güllələnərək öldürülüb.

Baymedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumatda bildirilib ki, polis zabiti iki motosikletçi tərəfindən açılan atəş nəticəsində həlak olub.

Hücumçuların hadisə yerindən qaçdığı, onlarla əlaqəli 5 nəfərin saxlanıldığı deyilib.