Donald Tramp yenidən prezident seçilərsə, ABŞ Ukrayna münaqişəsində Rusiyaya güzəştə gedəcək.
Baymedia.az xəbər verir ki, bunu ABŞ Örezidentinin keçmiş müşaviri Con Bolton CNN-ə müsahibəsində deyib.
“O, Vladimir Putinə sadiqliyinin Rusiya tərəfinə güzəştə getməsinə səbəb olacağı istisna olmaqla, bu münaqişəyə son qoymaq üçün necə danışıqlar aparacağını bilmir”, - Bolton bildirib.
Onun sözlərinə görə, Trampın seçilməsi Ukrayna üçün dağıdıcı olacaq.