• 2 Sentyabr 2026
logo
Ermənistan ilk dəfə bu müsəlman ölkəsinə səfir təyin etdi

Ermənistan ilk dəfə bu müsəlman ölkəsinə səfir təyin etdi

Ermənistan ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.

Baymedia.az xəbər verir ki, bununla bağlı Ermənistan prezidentinin ofisi məlumat verib.

Bildirilib ki, Ermənistanın BƏƏ-dəki hazırkı səfiri Karen Qriqoryan ölkəni Səudiyyə Ərəbistanında da təmsil edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qarabağda erməni işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra ötən ilin noyabr ayında Səudiyyə Ərəbistanı və Ermənistan arasında diplomatik əlaqələrin yaranması ilə bağlı sənəd imzalanıb.