• 2 Sentyabr 2026
logo
Haniyə aviazərbə nəticəsində öldürülüb - KİV

Haniyə aviazərbə nəticəsində öldürülüb - KİV

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda aviazərbə nəticəsində öldürülüb.

Baymedia.az xəbər verir ki, bu barədə “Nur Nyus” agentliyi məlumat yayıb.

“Gecə saat 2 radələrində İsmayıl Haniyənin Tehranda olduğu məkana aviazərbə endirilib”, - məlumatda qeyd olunub.

Agentliyin məlumatına görə, Haniyənin qətli ilə bağlı istintaq, o cümlədən hava hücumunun həyata keçirildiyi yerin axtarışı davam edir.