Britaniyanın maliyyə naziri Reyçl Rivz oktyabrın 30-da açıqlanacaq dövlət büdcəsində vergiləri artırmalı olacaqlarını deyib.
AZƏRTAC xəbər verir ki, nazir bu barədə “The News Agents” podkastına müsahibəsində bildirib. Reyçl Rivz bir neçə gün əvvəl Britaniya parlamentində çıxışı zamanı dövlət büdcəsində 22 milyard funt-sterlinq kəsir olduğunu deyərək əvvəlki hökuməti dövlət büdcəsinin həqiqi vəziyyətini ört-basdır etməkdə günahlandırmışdı.
“Düşünürəm ki, yeni büdcədə vergiləri artırmalı olacağıq", - deyə nazir açıqlamasında qeyd edib.
O, hansı vergilərin artırılacağını açıqlamayıb.