• 2 Sentyabr 2026
logo
İranın yeni misilsiz “Şahid”i: ABŞ PUA-sını ələ keçirdi

İranın yeni misilsiz “Şahid”i: ABŞ PUA-sını ələ keçirdi

İran təyinatlı başlığa və uçan hədəfləri vurmaq qabiliyyətinə malik yeni "Şahid-238" pilotsuz uçuş aparatları (PUA) yaradıb.

Baymedia.az xəbər verir ki, bu barədə "Army Recognition" nəşri məlumat dərc edib.

Bildirilib ki, PUA üç versiyada hazırlanıb və müxtəlif missiyalar üçün nəzərdə tutulub.

PUA-nın xüsusiyyətlərindən məlum olur ki, o, həm yerdə, həm də havada hədəflərə hücum edə bilir. Həmçinin bildirilir ki, "Şahid-238" ABŞ-ın "MQ-9 Reaper" pilotsuz təyyarəsini ələ keçirməyi bacarıb.

"Şahid-238" xarici görünüşünə görə "Şahid-136"ya bənzəsə də, onların mühərrik hissəsində fərqlər var. "Şahid-238" inteqrasiya olunmuş, daha ağır "Toloue-10" mini-turbojet mühərriki ilə təchiz edilib.

"Şahid-238"in texniki xüsusiyyətləri belədir:

- uzunluğu 3,5 m;

- qanad genişliyi 3 m;

- 600 km/saata qədər sürət;

- zərbə sürəti 700 km/saatdan çox;

- maksimum uçuş hündürlüyü 9,144 m;

- uçuş müddəti 2 saat;

- maksimum uçuş çəkisi 380 kq;

- GPS/INS və GNSS bələdçi sistemi.