• 2 Sentyabr 2026
logo
Pezeşkian Zərifi geri qaytardı, yüksək vəzifə verdi

Pezeşkian Zərifi geri qaytardı, yüksək vəzifə verdi

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin yeni seçilən prezidenti Məsud Pezeşkianın hökumətində təmsil olunacaq.

Baymedia.az xəbər verir ki, Cavad Zərif bu haqda öz X hesabında məlumat yayıb.

"Möhtərəm Prezidentin diqqəti və məsləhətləşmələrdən sonra prezidentin strateji məsələlər üzrə müavini kimi vəzifəmi yerinə yetirəcəyəm", - Məhəmməd Cavad Zərif yazıb.

Qeyd edək ki, avqustun 1-də İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi. Cavad Zərif Məsud Pezeşkianın nazirlər seçimindən naraz olduğu üçün bu vəzifəsindən istefa vermişdi.

Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb.