Fransa söz azadlığı və insan hüquqalrını ayaqlar altına atıb
Avqustun 25-də Teleqramın təsisçisi və baş direktoru Pavel Durovun Fransanın paytaxtı Parisin "Le Burje" hava limanında saxlanılması və həbs edilməsi rəsmi Parisiin insan hüquqlarına və söz azadlığına daha bir zərbəsi ilə yadda qaldı. Bu məsələdə Fransa, xüsusilə ölkənin prezidenti Makron kəskin şəkildə qınanıldı. Məlumatlara görə, Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Onu 20 ilə qədər həbs gözləyir. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
Elə həmin vaxt "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib. "Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib. Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir, - diplomat qeyd edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram səhifəsində yazıb ki, Pavel Durov FTB ilə əməkdaşlıq edən Mask və Zukerberqdən fərqli olaraq, Rusiyanın düşmənləri üçün rusdur və buna görə də təhlükəlidir.
Onun sözlərinə görə, bir vaxtlar Durovdan niyə ağır cinayətlər üzrə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmədiyini soruşub. "Bu mənim prinsipial mövqeyimdir” dedi, “Onda istənilən ölkədə ciddi problemlər olacaq”, - dedim. O hesab edirdi ki, onun ən böyük problemləri Rusiyadadır və o getdi, sonra da başqa ölkələrdə vətəndaşlıq/yaşayış icazəsi aldı (Durov həm də Fransa vətəndaşıdır - red.). Vətəni olmadan yaxşı yaşayan parlaq “dünya adamı” olmaq istəyirdi”, - Medvedyev qeyd edib.
Medvedyev vurğulayıb ki, rusiyalı iş adamı səhv hesablayıb: “Bütün indiki ümumi düşmənlərimiz üçün o, rusdur və buna görə də gözlənilməz və təhlükəlidir. Fərqli qandır. Mask və ya Zukerberq deyil. Durov nəhayət başa düşməlidir ki, Vətəni seçmək olmur”, - Medvedyev bildirib.
Yerli siyasilər də Durovun həbsini pisləyiblər. Fransız politoloq və publisist Ksavye Moreau deyib. Ki, Fransa yeganə ölkədir ki, hüquq-mühafizə orqanları Teleqramın yaradıcısı Pavel Durovu saxlaya bilər.
“Təəssüf ki, mən bunu bir fransız kimi deyirəm. Durov ABŞ-ın tələbi ilə saxlanılıb. Konstitusiyaya söz azadlığı hüququnu təmin edən Birinci Düzəliş səbəbindən Vaşinqton bunu təkbaşına edə bilmədi. Teleqramın təsisçisinə qarşı irəli sürülən ittihamlar da qəribədir. Mobil şirkətlərin rəhbərlərinin də başına bu iş gələ bilər. Çünki bundan istifadə edəcək narkotik satıcıları olacaq”, - politoloq bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden isə Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün rüsvayçılıq adlandırıb.
"Durovun həbsi əsas insan hüquqlarına, söz və birləşmək azadlığına hücumdur. Fransa Prezidenti Emmanuel Makronun şəxsi mesajlara çıxış yolu kimi girov götürmə səviyyəsinə enməsi məni təəccübləndirir və dərindən kədərləndirir. Bu, təkcə Fransa üçün deyil, bütün dünya üçün rüsvayçılıqıdır”, - deyə o qeyd edib.
Rusiyalı politoloq İqor Korotçenko isə deyib ki, Pavel Durovun həbsi DGSE (Fransa birgə xarici siyasət və hərbi kəşfiyyat xidməti) və MKİ-nin birgə əməliyyatıdır. Bütün digər versiyalar tüstü pərdəsindən başqa bir şey deyil.
“Nəzəri olaraq, Moskva ölkəmizdə həbs edilən fransız kəşfiyyatçısı Loran Vinatyeni Pavel Durovla dəyişə və Teleqramın yaradıcısına azadlıq verə bilər. Çox güclü bir gediş olacaq!”, - Korotçenko bidirib.
Politoloq Zeynal Əmrəliyev “Xalq Cəbhəsi”nə deyib ki, Pavel Durvon həbsi siyasidir və bu bir daha Fransa hakimiyyətinin demokratik dəyərlərə olan hörmətsizliyinin sübutudur. Emmanuel Makronun məqsədi ən əvvəldən Telegramdakı siyasi yazışmaları ələ keçirmək idi. Fransa hakimiyyəti bundan başqa ölkələrə qarşı siyasi təzyiq kimi istifadə etmək istəyirdi.
O, qeyd edib ki, anoloji təklif Pavel Durova vaxtilə Vkontakte rəhbəri olduğu zaman Rusiya hakimiyyəti tərəfindən də edilmişdi. Ancaq o, həmən zaman Kremlin təklifini rədd etmişdi. Buna görə öz ana vətənini tərk etməli oldu: "Görəsən Makrondakı bu arxayınlıq hardan yaranmışdı ki, Durov öz ölkəsində prezident olan, hətta özü ilə eyni şəhərdən olan Vladimir Putinə etmədiyi yaxşılığı məhz Durova edəcək ? Durov Telegramda narkotik maddələrin reklamı və pedofilliyi əks etdirən videolara görə həbs edilib. Adıçəkilən hallara digər sosial şəbəkələrdə də rast gəlinir. Məsələn, ABŞ indi Meta və X sosial şəbəklərinə qarşı buna görə əməliyyat keçirməlidir? Yaxud Fransa özünü ABŞ - dan daha çoxmu demokratik hesab edir ki, belə bir addım atır. Makron öz istədiyini ala bilmədiyi üçün fransız kəşfiyyatı vasitəsilə ilə Durova bu cür oyun qurub. Bu çox qalmaqallı məhkəmə prosesi olacaq. Dünyanın əksər ölkələrində, hətta Fransanın özündə belə hadisəyə görə Makronu tənqid edirlər. Onsuz da onun siyasi karyerası bərbad haldadır. Parlament seçkilərində qalib gələn solçular onu hakimiyyətdən göndərmək istəyir. Görünür ki, Makron hakimiyyətdən gedəcək zaman Fransa dövlətinə zərbə vurub elə getmək istəyir. Əgər təzyiqlər qarşısında tab gətirə bilməsələr Durov azad ediləcək və bu Fransa məhkəmə sistemi üçün yaxşı bir şey deyil. Məhkəmə prosesinin davam etməsi də çox böyük skandallara səbəb olacaq. Qeyri - peşəkarlıq, məsuliyyətsizlik nəticəsində Makron istədiyini ala bilmədi, üstəlik Fransanı da bütün dünyaya biyabr etdi. Bu həmçinin xarici iş adamlarının da Fransadan yan qaçmasına səbəb olacaq amildir. Durovun həbsi fransız iqdisadiyyatına əhəmiyyətli təsir göstərəcək".
Əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda X və Meta rəhbərliyi də həbs edilməlidirmi?
Dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ niyə açıqlam vermir?
Bəli, Teleqramda bır sıra məqamlar narahatedicidir. Amma insan hüquq azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız olacaq.
Ekspert Natiq Cəfərlinin fikrincə, dünyada böyük korporasiyaların, maraq qruplarının, dar çərçivədə birləşən güclü, amma dəlisov “ideya” daşıyıcılarının nəzarətində olan ənənəvi media sosial şəbəkələrə uduzur. Söz və fikir azadlığı artıq boş sözlərə çevrilib, müxtəlif yanaşmalarla, “politkorrekt”lik adı ilə azad düşüncə boğulur. “Mainstream” media son illər mövzuları qadağan edir, kimsə LGBT, gender, iqlim dəyişikliyi və s. həssas mövzularda etika çərçivəsində, heç kimi aşağılamadan belə fikir söyləyirsə, “mainstream” media həmin şəxsləri bloklayır, qaralayır, danışmağa imkan vermir. Bu yanaşmanın pik nöqtəsi 2020-ci ildə “pandemiya” ilə bağlı oldu – dünyanın hər yerində bu məsələyə fərqli fikir bildirənlər, hətta alimlər, böyük mütəfəkkirlər belə gözümçıxdıya salındı, bloklandı, “komploçu” adı ilə damğalandı.
Onun fikrincə, “pandemiya”nın ağılsız və məntiqsiz idarə edilməsinin dünyada iqtisadi böhranlara, müharibələrə, qan-qadaya səbəb olacağını söyləyənlərin hər yerdə ağızları yumuldu və ən pisi odur ki, bu kampaniyaya sosial media da qoşuldu – və ya böyük güclər onları bu kampaniyaya qoşulmağa məcbir etdilər: “Dünyanın bu ağılsız gedişatını görüb buna etiraz etmək istəyənlər, təbii ki, tapıldı, məsələn, İlon Mask Tvitteri alanda müqaviməti, dünyanın onun üzərinə getdiyini gördük, hətta dar, amma güclü, varlı çevrə öz şirkətlətinin reklamını bu şəbəkədə dayandırdılar, Tvitterin pul qazanmasına mane oldular. Mask sosial şəbəkənin adını dəyişib “X” platforması qoydu, bütün müqavimətləri qırmağa çalışdı – yəni, söz azadlığı uğrunda dünya elitasının böyük bir “dəli” hissəsinin müqavimətinə baxmayaraq, mücadilə edib, hələlik bu sosial şəbəkəni qoruya bildi. Amma, məsələn, Zukerberq təzyiqlərə dözmədi, öz sosial mediasını tamamən qlobalistlərin nəzarətinə verdi.
Teleqramın qurucusu və sahibi Durov Fransada saxlanılıb, avtoritar ölkələrdə insanı susdurmaq üçün cibinə narkotik atırdılar, Fransa isə daha irəli gedib, onu həm də narkotrafikdə günahlandırır. Eyni yanaşmadır, mən bilmirən Durov nə edib, saxlanılmasının əsil səbəbi nədir – bir onu bilirəm ki, dünyanın “dəliləşmiş” siyasi elitası söz və ifadə azadlığından qorxur, sosial şəbəkələri tam nəzarətə ala bilmədiyindən narahatdır”.
Paris prokurorluğu məlumat yayıb ki, Teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov 12 cinayət əməlində ittiham olunur.
Eyni zamanda, qeyd edilib ki, ona qarşı cinayət işi iyulun 8-də açılıb
Fransa Prezidenti Emmanuel Makron Pavel Durovun saxlanılması ilə bağlı açıqlamasında Teleqram təsisçisinin həbsinin siyasi qərar olduğunu inkar edib. O, həbsin davam edən məhkəmə istintaqı çərçivəsində baş verdiyini bildirib.
Kreml isə Fransada saxlanılan Pavel Durovun konkret nədə ittiham olunduğunu bilmir.
Kreml rəsmisi Dmitri Peskov deyib: “İttihamlar açıqlanana qədər gözləyək. Bundan sonra müəyyən ilkin nəticələr çıxarmaq mümkün olacaq, əgər onlar ümumiyyətlə irəli sürülsə…”
Cavid