Ukraynanın Rusiyanın Kursk bölgəsini işğal etməsi qanunidir və Kiyevin özünümüdafiə hüququna aiddir.
Baymedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alman mediasına müsahibəsində deyib.
“Ukraynanın özünü müdafiə etmək hüququ var. Beynəlxalq hüquqa görə, bu hüquq sərhədlə məhdudlaşmır”, - o bildirib.
Stoltenberq NATO-nun Ukraynanın planları barədə əvvəlcədən məlumatı olmadığını da bildirib.
NATO-nun baş katibi qeyd edib ki, Ukrayna Rusiya ərazisinə hücumla riskə gedir, lakin hərbi kampaniyanı necə aparacağı Kiyevdən asılıdır.