• 21 Dekabr 2024
logo
Rusiyada doğum səviyyəsi tarixi minimuma düşüb

Rusiyada doğum səviyyəsi tarixi minimuma düşüb

Rusiyada doğum səviyyəsi tarixi minimuma düşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xidməti-Rosstat məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin birinci yarısında 599,6 min uşaq doğulub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 min uşaq azdır.

2023-cü ildə doğum səviyyəsi 1999-cu ildən bəri ən aşağı rekord həddə çatıb.

Bu yayın əvvəlində yeni doğulanların sayı 6% azalaraq 98,6 min olub. Bu, rekord göstəricidir, çünki bu rəqəm heç vaxt 100 mindən aşağı düşməyib.