• 2 Sentyabr 2026
logo
Rusiya bu şəhəri işğal etməklə nələr qazandı?

Rusiya bu şəhəri işğal etməklə nələr qazandı?

Rusiya qüvvələrinin Donetsk vilayətinin Uqledar şəhərini işğal etməsinin Ukrayna üçün bir sıra mənfi nəticələri var.

Baymedia.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

"Məsələ burasındadır ki, bizim Donetskdən Volnovaxaya qədər olan dəmir yoluna tam nəzarət etmək imkanımız var idi. Yəni ruslar Uqledarı ələ keçirdikdən sonra Volnovaxa vasitəsilə aktiv hərbi logistikanı bərpa etmək imkanı əldə edirlər", - o qeyd edib.

Onun fikrincə, yaxın gələcəkdə cəbhənin bu sektorunda işğalçılar dəmir yolu ilə, o cümlədən Volnovaxa vasitəsilə cənuba, Zaporojye vilayətinə logistik əməliyyatlara başlaya bilərlər.