• 21 Dekabr 2024
logo
Gürcüstan parlamentində Zurabişvilinin impiçmenti yenidən müzakirə ediləcək

Gürcüstan parlamentində Zurabişvilinin impiçmenti yenidən müzakirə ediləcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduru başladacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

O, parlament çoxluğu olan “Gürcü Arzusu”nun ölkə prezidentinə qarşı impiçment prosedurunu yenidən başlatmaq qərarına gəldiyini, Zurabişvilinin yeni çağırış parlamentin ilk sessiyalarında azı 100 səslə impiçment ediləcəyini qeyd edib.

Papuaşvili Zurabişvilinin konstitusiyanı pozduğunu, lakin “radikal müxalifət” nümayəndələrinin dəstəyi ilə öz vəzifəsində qaldığını əlavə edib.