• 21 Dekabr 2024
logo
Qərbi Azərbaycanın qeyri-türk valisi vəzifədə saxlanılır

Qərbi Azərbaycanın qeyri-türk valisi vəzifədə saxlanılır

İranın yeni Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra bir sıra əyalətlərdə valilər dəyişdirilib və bu proses davam edir.

Gunaz.tv

Buna baxmayaraq, Qərbi Azərbaycan əyalətində qeyri-türk və azərbaycanlı olmayan vali Məhəmməd Sadiq Mötəmediyanın vəzifədə saxlanılması barədə məlumatlar yayılıb.

Məlumatlara görə, Əli Xaməneinin Qərbi Azərbaycandakı nümayəndəsi, Urmu (Urmiya) şəhərinin cümə imamı Seyid Mehdi Qureyşi kürd əsilli valinin vəzifədə saxlanılması ilə bağlı hökumətə məktub yazıb.

Bildirilir ki, anti-Azərbaycan mövqeyi ilə tanınan cümə imamının məktubunu bölgədən İran parlamentinə təyin edilən kürd millət vəkilləri də imzalayıb.

Onlar Məhəmməd Sadiq Mötəmediyanın vəzifəsində saxlanılmasını Ali Milli Təhlükəsizlik Şurasının "etnik tarazlığın qorunmasının zəruriliyi haqqında" qərarı!" ilə əlaqələndirirlər.

Bu barədə məlumatın yayılması sosial media platformalarında müzakirə mövzusuna çevrilib və Azərbaycan türkləri əyalətə yerli valinin seçilməməsinə etiraz ediblər.

Onlar Məsud Pezeşkianın seçki qabağı azərbaycanlılara verdiyi vədləri xatırladıb, Prezidenti vədlərinə əməl etməməkdə günahlandırıblar.