• 26 Dekabr 2024
logo
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA AFP-yə istinadən xəbər verir ki, Rusiya səfiri alman jurnalistlərin Rusiyadan deportasiya edilməsi ilə bağlı XİN-ə çağırılıb.

“Biz bu gün Rusiya səfirini XİN-ə çağırdıq”, - Almaniyanın xarici işlər naziri Annalena Berbok mətbuat konfransında bildirib.

Berbok Rusiyanın səfirinin Moskvanın iki alman jurnalistin ölkədən çıxarılmasına görə çağırıldığını bildirib.

Qeyd edək ki, Rusiya "Pervıy" telekanalının Almaniya bürosunun bağlanmasına cavab olaraq Almaniyanın "ARD" media qrupunun iki jurnalistin ölkədən çıxarmağa qərar verib.