Hökumət Gürcüstanda fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq etmək niyyətindədir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Mtavari Arxi telekanalı məlumat yayıb.
Bildirilib ki, hakim “Gürcü Arzusu” partiyası Mixail Kavelaşvilinin prezident təyin olunmasından sonra ölkədə fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq etmək niyyətindədir.
Kanalın məlumatına görə, hakim "Gürcü Arzusu" partiyası Mixail Kavelaşvilini 29 dekabrda yeni prezident təyin etmək niyyətindədir.