Hazırda Xankəndidə 5 ekoloji layihə həyata keçirilir.
APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ETSN-in Dövlət Ekoloj Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 273 ekoloji layihə həyata keçirilib.
"Keçirilmiş bütün layihələrin sonunda araşdırmalar aparılacaq və verilmiş göstərişlər əsasında yoxlamalar həyata keçiriləcək".