“Axıska türklərinin öz vətənləri Gürcüstana qayıtmaları üçün lazım olan hər cür dəstəyi verməyə hazırıq”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.