• 16 Aprel 2025
logo
Taliban Baqram aviabazasını ABŞ-a təhvil verib

Taliban Baqram aviabazasını ABŞ-a təhvil verib

ABŞ Taliban hökumətinin istəyi ilə Əfqanıstanın şərqində Kabilin şimalında yerləşən Baqram Hərbi Hava Bazasına nəzarəti bərpa edib.

Bu barədə Əfqanıstanın “Khaama Press” agentliyi məlumat yayıb.

Məlumata görə, keçən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Maykl Ellis də daxil olmaqla yüksək səviyyəli kəşfiyyat rəsmilərini və hərbi maşınlar, avadanlıqları daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 təyyarəsi bazaya gəlib.

Qeyd edilib ki, Baqram Hərbi Hava Bazası və bütövlükdə Əfqanıstan həm İran həm də Çinə qarşı müharibədə gələcək hərbi əməliyyatlar keçirmək üçün son dərəcə strateji məkan olaraq qalır.