• 15 Aprel 2025
logo
Aİ ABŞ-a qarşı tarifləri 90 gün müddətinə dayandırır

Aİ ABŞ-a qarşı tarifləri 90 gün müddətinə dayandırır

Avropa İttifaqı ABŞ-a qarşı aprelin 15-də qüvvəyə minəcək tarifləri 90 gün müddətinə təxirə salıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" də yazıb:

“Prezident Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik. Üzv dövlətlərimizdən güclü dəstək görən Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən, biz onları 90 gün müddətinə təxirə salacağıq”.

Onun sözlərinə görə, danışıqlar qənaətbəxş olmasa, əks tədbirlər işə düşəcək: “Qarşılıqlı tədbirlərlə bağlı hazırlıq işləri davam etdirilir. Daha əvvəl dediyim kimi, bütün variantlar masada qalır”.