• 15 Aprel 2025
logo
Lavrov: Rusiya ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək istəyini görür

Lavrov: Rusiya ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək istəyini görür

Rusiya Avropadan fərqli olaraq ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək istəyini görür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva görür ki, ABŞ Avropadan fərqli olaraq Ukrayna münaqişəsinin əsas səbəblərini araşdırmaq istəyir.

Lavrov vurğulayıb ki, Tramp administrasiyası Zelenskinin ruslara nifrətini başa düşür və anlayır ki, o, ərazi itkilərini qəbul etməli olacaq.

Lavrov deyib ki, Rusiya heç vaxt Ukraynada yaşayan rus xalqını Zelenskinin hakimiyyətinə təhvil verməyəcək: "Onlar həm də başa düşürlər ki, Zelenskinin tələb etməkdə davam etdiyi kimi, 1991-ci il sərhədlərinə qayıdış qeyri-mümkündür".