Ermənistana 20 milyon avro vəsait ayrılması üzrə Avropa İttifaqı ilə danışıqlar davam etdirilir. Biz müsbət qərarın veriləcəyinə ümid edirik.
APA-nın xəbərinə görə, bunu sloveniyalı həmkarı Tanya Fayon ilə brifinq zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Nazir Avropa ölkələrindən birinin qərarı blokladığına dair sualına cavab olaraq qeyd edib.
Xatırladaq ki, Macarıstanın Avropa İttifaqının (Aİ) Ermənistana əlavə hərbi yardım ayırmasına blok qoyduğuna dair məlumat yayılıb.