• 20 İyun 2025
logo
"Rosatom": İrandakı Buşehr AES-ə zərbə Çernobılla müqayisə oluna biləcək fəlakətə səbəb ola bilər

"Rosatom": İrandakı Buşehr AES-ə zərbə Çernobılla müqayisə oluna biləcək fəlakətə səbəb ola bilər

İrandakı Buşehr AES-ə zərbə Çernobılla müqayisə oluna biləcək fəlakətə səbəb ola bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev deyib.
O vurğulayıb ki, bəzi rusiyalı mütəxəssislər artıq AES-dən təxliyə olunub, dövlət korporasiyası mütəxəssislərinin bir hissəsinin orada qalmasını mümkün hesab edir.

Lixaçev əlavə edib ki, "Rosatom" İsrail hakimiyyətini Buşehrə zərbə endirməyə işarədə edəcək hərəkətlərdən çəkinməyə çağırır.