Finlandiya Fələstin-İsrail münaqişəsinin ikidövlətli həll yolunu nəzərdə tutan “Nyu-York deklarasiyası”na qoşulur.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Finlandiya hökuməti məlumat yayıb.
Qeyd edək ki, “Nyu-York deklarasiyası” ilə bağlı konfrans Səudiyyə Ərəbistanı və Fransanın həmsədrliyi ilə 29 iyul 2025-ci ildə keçirilib.