• 9 Oktyabr 2026
logo
ÜST ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COVİD-19 üzrə işçi qrupunun yaradılması barədə razılaşıb

ÜST ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COVİD-19 üzrə işçi qrupunun yaradılması barədə razılaşıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus ilə keçirdiyi görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Peoples Vaccine Allience” qrupundakı rolu, o cümlədən mərkəzin üzvlərinin ÜST-nin COVID-19 peyvənd bərabərsizliyinin əsas səbəbləri, pandemiyaya son qoyma və az gəlirli ölkələrin vaksinlə təmin olunmasının gücləndirməsi yolu haqqında müzakirələr aparılıb.
Mərkəzdən verilən məlumata görə, xüsusi olaraq Azərbaycanın ÜST-na COVİD-19 ilə mübarizə üçün göstərdiyi dəstək qeyd olunub.
O cümlədən ÜST-nin Baş direktoru Tedros Adanom Qebreisusun təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin COVİD-19 üzrə işçi qrupun yaradılması razılaşdırılıb.