• 19 Sentyabr 2024
logo
Rusiyalı məşhur aktyor xəstəxanaya yerləşdirildi

Rusiyalı məşhur aktyor xəstəxanaya yerləşdirildi

Rusiyalı məşhur aktyor Boris Şerbakov xəstəxanaya yerləşdirilib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Məlumata görə, dünən axşam səhhəti pisləşən aktyor xəstəxanaya aparılıb və orada kompüter tomoqrafiyası (KT) olunub. Onda hipoventilyasiya (kəskin tənəffüs çatışmazlığı) aşkarlanıb.

Həkimlər ona bunun həddən çox siqaret çəkməklə bağlı olduğunu bildiriblər.