• 13 Sentyabr 2024
logo
Azərbaycan şirkəti Daşkənddə 5 ulduzlu otel tikir

Azərbaycan şirkəti Daşkənddə 5 ulduzlu otel tikir

Gələn ay Azərbaycanın aparıcı şirkətlərindən biri Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində 5 ulduzlu otelin tikintisinə başlayacaq.

Baymedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

"İki ölkənin prezidentlərinin qəbul etdiyi qərara əsasən, Özbəkistan Azərbaycanda 4, Azərbaycan isə Özbəkistanda 3 layihə icra edəcək. Bunlardan biri otel layihəsidir. Digər layihə isə Daşkəndin mərkəzində böyük yaşayış kompleksinin inşasıdır", - deyə o qeyd edib.