• 15 Yanvar 2025
logo
Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilib

Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında dəyişiklik edilib

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilib.

Nazirlər Kabinetindən Baymedia.az-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 35-ci hissəsi ləğv edilərək, dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi xidməti dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst şəkildə müəyyənləşdiriləcəkdir.