• 27 Dekabr 2024
logo
Baş konsul: Son məlumata görə, təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb

Baş konsul: Son məlumata görə, təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb

Bildiyiniz kimi, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub.

APA-nın Qazaxıstana ezam olunmuş əməkdaşı xəbər verir ki Bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.

"Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək", - səfir qeyd edib.